Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya MEDİASINDA - FOTO

İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya MEDİASINDA - FOTO

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində olub və müxtəlif ölkələrin aparıcı media qurumlarında geniş işıqlandırılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, xarici media əsasən Azərbaycanın Avropa enerji bazarına elektrik enerjisi ilə çıxmaq planlarına, Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi verilməsi imkanlarına, Naxçıvanın enerji təhlükəsizliyinə, Azərbaycan-Ermənistan enerji əlaqələrinə və Zəngəzur dəhlizinin daha geniş strateji əhəmiyyət kəsb etməsinə diqqət yetirib. Media materiallarında Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi verə biləcəyi barədə açıqlaması bir sıra beynəlxalq nəşrlərdə iki ölkə arasında münasibətlərin normallaşması fonunda yeni əməkdaşlıq imkanlarının göstəricisi kimi təqdim olunub.

Prezident daha iki səfiri geri çağırdı - SƏRƏNCAM

Prezident daha iki səfiri geri çağırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir neçə xarici ölkədəki səfirlərini geri çağırıb. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Belə ki, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

Prezident: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Prezident kimi Naxçıvana 17 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı vurğulayıb: “Hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır.

Naxçıvan şəhərində sosial evlər kompleksinin təməli qoyulub - FOTO

Naxçıvan şəhərində sosial evlər kompleksinin təməli qoyulub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub. Primeinfo.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi. Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.