Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq

Azərbaycanda kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri yaradılacaq. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Qanuna əsasən, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən informasiya infrastrukturlarında kibertəhlükəsizlik üzrə fəaliyyət həmin infrastrukturun mövcud olduğu sahə üzrə dövlət siyasətini, tənzimləməsini və nəzarətini həyata keçirən dövlət orqanının (qurumunun) müvafiq strukturu və ya həmin orqan (qurum) tərəfindən müqavilə əsasında müəyyən edilən rezident hüquqi şəxs olan CERT-lər vasitəsilə təmin ediləcək.

Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

Litva Baş naziri Prezident İlham Əliyevə zəng edib

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindaugas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litva Respublikasının sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.

İlham Əliyev Donald Trampla danışdı

İlham Əliyev Donald Trampla danışdı

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Azərbaycanla Tacikistan arasında təhsil sahəsində SAZİŞ

Azərbaycanla Tacikistan arasında təhsil sahəsində SAZİŞ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.