Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

Azərbaycanın Malayziyadakı səfiri geri çağırılıb

Azərbaycanın Malayziyadakı səfiri geri çağırılıb

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Məhdudiyyət tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı CƏRİMƏLƏR

Məhdudiyyət tətbiq edilən sosial şəbəkə platformaları ilə bağlı CƏRİMƏLƏR

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 388-4-cü maddədə əksini tapıb. Qanuna əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair YENİ TƏLƏBLƏR

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair YENİ TƏLƏBLƏR

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulub. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, avtonom nəqliyyat vasitəsi avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən, insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan özü hərəkət edən , yol hərəkətinin təhlükəsizliyi pozulduqda və ya avtonom nəqliyyat vasitəsində nasazlıq yarandıqda özü-özünü təhlükəsiz hərəkət rejiminə gətirə bilən, avtomatlaşdırılmış idarəetmə sistemi yüksək avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müəyyən edilən ərazidə və avtomobil yolunda bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) və ya tam avtomatlaşdırılmış (avtomatlaşdırılmış idarəetmə sistemi istənilən ərazidə bütün hərəkətini və ətraf mühitin monitorinqini tam həyata keçirə bilmə, habelə özü-özünü minimal risk vəziyyətinə müstəqil şəkildə keçirə bilmə imkanına malik olma) səviyyələrində olan mülki təyinatlı nəqliyyat vasitəsidir.