Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident daha iki səfiri geri çağırdı - SƏRƏNCAM

12.08.2026 11:20

Prezident daha iki səfiri geri çağırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bir neçə xarici ölkədəki səfirlərini geri çağırıb.

Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Belə ki, Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Paylaş: