Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İlham Əliyev

Stubb İlham Əliyevə zəng vurub, İranın hücumu ilə əlaqədar dəstəyini ifadə edib

Aleksandr Stubb Prezident İlham Əliyevə zəng etdi

Martın 10-da Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aleksandr Stubb İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumu ilə əlaqədar ölkəmizə dəstəyini ifadə edib.

Orban İlham Əliyevə zəng etdi

Orban İlham Əliyevə zəng etdi

Martın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Viktor Orban İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumu qınadığını vurğulayıb, ölkəmizlə tam həmrəy olduğunu bildirib.

“Tokayevə minnətdarlığımı bildirirəm”

“Tokayevə minnətdarlığımı bildirirəm”

  Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib. Primeinfo.az xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib. Paylaşımda deyilir: “Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”