Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

İlham Əliyev dövlət və hökumət başçılarını qarşılayıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Primeinfo.az xəbər verir ki, dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Prezident TDT-nin Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Primeinfo.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı. Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Kopenhagen sammiti - sülhə mane olanlar İlham Əliyevin sülh gündəliyinə təslim oldular - ŞƏRH

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı işini başa vurub. Avropa İttifaqı (Aİ) və qonşu ölkələri özündə birləşdirən bu hökumətlərarası platforma 2022-ci ildə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yaradılıb. Məqsəd Aİ və tərəfdaş ölkələr arasında siyasi dialoq və ortaq maraq kəsb edən məsələlərin müzakirəsi, xüsusilə müdafiə və təhlükəsizlik çağırışlarına, enerji böhranlarına qarşı səylərin birləşdirilməsi, iqtisadi əlaqələrinin genişləndirilməsidir.

Prezident İlham Əliyev həmkarlarını təbrik etdi

  Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.