Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq - FƏRMAN

“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq - FƏRMAN

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd bu il mayın 19-da Bakı şəhərində imzalanıb.

Ölümündən sonra təltif edilən polkovniklər

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. Tibb xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlu, polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu və polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident Qalibafı qəbul etdi - FOTO

Prezident Qalibafı qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident: "Torpaqlarımızda İslam mədəni irsinə qarşı olan cinayətlər islamofobiyanın təzahürüdür"

Prezident: "Torpaqlarımızda İslam mədəni irsinə qarşı olan cinayətlər islamofobiyanın təzahürüdür"

Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür. Primeinfo.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb.