Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

Prezidentin təltif etdiyi gənclər onlardır - FOTO

  Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında  Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Primeinfo.az  təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir: Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.

4 qanunda dəyişiklik edildi

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan qanunlarında dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

İlham Əliyev Marta Kosla görüşdü - FOTO

Prezident İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.

“İlham Əliyev böyük, dahi liderlərdən biridir” - Vuçiç

“İlham Əliyev böyük, dahi liderlərdən biridir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyevin Azərbaycanın timsalında regional nailiyyətlərin önəmi ilə bağlı fikrinə münasibətində bildirib. Aleksandar Vuçiç qeyd edib ki, indiki dövrdə belə bir lideri görmək çox nadirdir.

Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz uğursuzluğa düçar oldu

Beynəlxalq vasitəçiliklə bağlı ümidlərimiz tamamilə uğursuzluğa düçar oldu. Ən böyük beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası o vaxt Ermənistan qüvvələrinin bizim ərazidən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdi, ancaq onlar kağız üzərində qaldı. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.

Prezident: Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir

  Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: “İmzalanan (Vaşinqtonda sülh sazişi ilə bağlı – red.) isə günümüzdə praktiki nəticələrə çevrilir.