Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ilham eliyev

Bəzi qanunlarda dəyişiklik edildi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi Mülki və Ticarət Gəmiçiliyi məcəllələrində, eləcə də “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Primeinfo.az xəbər verir ki, sənəd “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsindən irəli gələrək hazırlanıb, uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsini əhatə edir. Belə ki, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsində nəqliyyat-ekspertiza fəaliyyəti sahəsində pretenziya və iddia məsələləri (7-ci fəsil) tənzimləndiyindən, daşıyıcıya (1.1.1.-ci maddə) və ekspeditora (1.1.2-ci maddə) yeni məzmunda anlayışlar verildiyindən və eləcə də qanun layihəsinin bir sıra normalarının tələblərindən irəli gələrək Mülki Məcəlləyə və Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

İlham Əliyev Ağdərədə kənd sakinləri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, dövlətimizin başçısını salamlayan qadın sakin dedi: Sənin boyuna qurban, canım sənin boyuna qurban. Prezident İlham Əliyev: Sağ olun.

Prezident Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub. “TodayBaku” xəbər verir ki, dövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi. Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir.

Şahin Mustafayev: "Azərbaycanın əsas su anbarlarında su ehtiyatları 60% artıb"

Bu il yanvarın 1-nə Azərbaycanın əsas su anbarlarında su ehtiyatlarının həcmi 16,4 milyard kubmetr təşkil edib. Primeinfo.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Baş nazirin müavini Şahin Mustafayev deyib. O bildirib ki, 2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir: “Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir.

Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi

Prezident İlham Əliyev “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrasına nəzarət etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

Dini konfessiya rəhbərləri İlham Əliyevə təşəkkür ediblər

Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında imzaladığı Sərəncam ölkədə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. Primeinfo.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə bu, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin dövlət başçısına ünvanladığı təşəkkür məktubunda qeyd edilib. Məktubda bildirilib ki, sərəncam Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıyır.

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbi TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Milli Məclisin ötən il dekabrın 19-da qəbul etdiyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələbini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, dəyişiklik “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun icrası ilə əlaqədardır. Bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində edilmiş dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılıb.