“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana görə, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İcraedici Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.
“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”. Primeinfo.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinəuu siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib. Primeinfo.azmüsahibəyə hazırlıq kadrlarını təqdim edir:
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb. Pirmeinfo.az-ın məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciət edib. Prezident müraciət zamanı 2025-ci ildə görülən mühüm işlərdən danışıb.
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.
Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Ağ şəhərlə bağlı paylaşım edib.
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə uzun ömür, xoşbəxtlik və davamlı uğurlar arzulayıram.