İştirakçı sayı 2000-ə qədər olan imtahanların hamısı elektronlaşdırılıb. Bu il peşəkar mühasib sertifikatı imtahanlarının hamısı elektron formatda keçirildiyi kimi, rezidenturaya qəbul imtahanlarının da bu qaydada təşkil olunması nəzərdə tutulur. Hazırda isə iştirakçı sayı 10 mindən çox olan imtahanların elektronlaşdırılması üzərində işlər aparılır.
“Ötən il zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb. Bunlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır”. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov deyib.
Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) 323 imtahan keçirib. Primeinfo.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair tədbirdə deyib. O qeyd edib ki, imtahanların böyük hissəsinin elektronlaşdırılması nəzərdə tutulur: “Bu baxımdan nəzarətçi müəllimlərin elektron imtahan sistemləri ilə bağlı məlumatlı olması və nəzarəti müasir tələblərə uyğun şəkildə həyata keçirməsi vacibdir.
Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 23 yanvar 2026-cı il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib. İmtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, bu il 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib. İmtahan yanvarın 31-i saat 11:00-da təşkil olunacaq.
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak ödənişli olacaq. Primeinfo.az məlumatına görə, Prezident bununla bağlı müvafiq Fərmanı imzalayıb. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə təlimlər mərhələsi yekunlaşıb və yekun test imtahanı mərhələsinə başlanılır. Dövlət İmtahan Mərkəzindən (DİM) Primeinfo.az-a bildirilib ki, 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb.
Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar.
Azərbaycanın ali məktəblərində payız imtahan sessiyası başlayır.