Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: imtahan

195 şəhid və qazi övladı ali məktəblərə qəbul olub

Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı uğur qazanaraq ali məktəblərə qəbul olub. Onlardan 49 nəfəri 500 bal, 9 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Primeinfo.az xəbər verir ki, bunu “Peşə seçimi” alətinin təqdimat mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Qəbul imtahanlarında yeni model tətbiq olunacaq

Gələn ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında builki imtahan modeli tətbiq olunacaq. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.