Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib.
“Ali Liderimiz vəfat edib deyə, o demək deyil ki, sistem öz işini görmür. Məsələn, dünən mən xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirlə (red.-Abbas Əraqçi) danışdım”.
“Mən Cənubi Azərbaycandan olan qardaşlarımıza müraciət edirəm: Bu gün İranın taleyi həll olunur. Belə bir məqamda Güney Azərbaycan ayaqda olmalıdır”.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəzi ölkələrin regiondakı son hadisələrdə vasitəçilik etmək səylərinə cavab verib. Primeinfo.az xəbər verir ki, Prezident X sosial şəbəkəsində yazdığı mesajda bildirib: “Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Onlara cavabımız aydındır: Biz regionda davamlı sülhə sadiqik, lakin ölkəmizin ləyaqətini və nüfuzunu müdafiə etməkdə heç bir tərəddüd etmirik.
İran Prezidenti Məsud Pezeşkian ölkənin silahlı qüvvələrini separatçılarla qətiyyətli davranmağa çağırıb.
Fevralın 28-də ABŞ və İsrail silahlı qüvvələrinin İrana hücumundan və rejimin dağılmasından sonra hakimiyyət mənsubları ölkədən qaçmağa başlayıblar.
İrana qarşı quru əməliyyatları vaxt itkisidir. Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib. O, hazırkı vəziyyətdə İranda quru əməliyyatları planlaşdırmadığını vurğulayıb.
İtaliyanın Tehrandakı diplomatik missiyası fəaliyyətini Bakıda davam etdirəcək. Primeinfo.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani açıqlayıb. Onun sözlərinə görə, İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb Diplomat qeyd edib ki, səfirliyin təxminən 50 əməkdaşı artıq Azərbaycan sərhədini keçib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik və Mühafizə Departamentinin nümayəndələri İrandan Azərbaycan vasitəsilə təxliyə edilib. Primeinfo.az xəbər verir ki, təxliyə Astara dövlət sərhəd buraxılış məntəqəsindən həyata keçirilib. Təxliyə edilən BMT əməkdaşlarının sayının 18 nəfər olduğu bildirilir.
Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.