Əgər Vaşinqton “Öncə İsrail” prinsipini rəhbər tutarsa, İran ABŞ ilə razılığa gələ bilməyəcək. Primeinfo.az “Report” – a istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Rza Aref “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Əgər biz İslamabadda “Öncə Amerika” (“America first”, Donald Tramp komandasının siyasi şüarı – red.) nümayəndələri ilə danışıqlar aparsaq, ehtimal ki, hər iki tərəf və dünya üçün sərfəli olan razılıq əldə edə biləcəyik.
İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən tarixi və gərgin danışıqlar fonunda Tehran tərəfi bütün dünyanı şoka salan diplomatik və simvolik addım atıb. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İrandan Pakistana gələn rəsmi nümayəndə heyətinin təyyarəsində ön oturacaqlarda ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olmuş dörd iranlı məktəblinin fotoları, həmçinin onlara məxsus məktəbli çantaları və ayaqqabıları yerləşdirilib. Qeyd olunur ki, İran nümayəndə heyəti bu hərəkəti ilə danışıqlar masasına oturmazdan əvvəl Vaşinqtona və beynəlxalq birliyə müharibənin insani bədəlini xatırlatmaq istəyib.
İranın İslamabaddakı nümayəndə heyəti danışıq aparanlar, ekspertlər, media nümayəndələri və təhlükəsizlik işçiləri daxil olmaqla, ümumilikdə 71 nəfərdən ibarətdir.
İsrailin ABŞ-nin Beyruta hücumların dayandırılması tələbi ilə razılaşdığı bildirilir. Primeinfo.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti İsrail diplomatik mənbəyinə istinadən xəbər yayıb. Mənbənin sözlərinə görə, Təl-Əviv administrasiyası Beyrutu hədəf almamaq barədə Vaşinqtonun tələbini qəbul edib və hazırda şəhər daxilində əhəmiyyətli hərbi hədəf görmür.
ABŞ İranla planlaşdırılan danışıqlar ərəfəsində Yaxın Şərqdə hərbi mövcudluğunu artırır. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, regiona əlavə qırıcı təyyarələr və hücum aviasiyası göndərilib. Yaxın günlərdə isə təxminən 2 minə qədər hərbçinin bölgəyə çatdırılması gözlənilir.
İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gedib.
“İran neftin Hörmüz boğazından keçməsinə icazə vermək məsələsində çox pis iş görür”.
“ABŞ düşünürdü ki, ənənəvi olaraq çağırış ediləndə bütün dünya Amerikanın yanında duracaq. Amma bu baş vermədi və ABŞ faktiki olaraq tək qaldı. Nə NATO-dan, nə də ən yaxın müttəfiqi olan Böyük Britaniyadan dəstək ala bilmədi”.
İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin ABŞ ilə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İslamabada getmələri ilə bağlı xəbərlər yalandır.
“İran müharibə istəmir. Amma eyni zamanda öz hüquqlarından da imtina etmək niyyətində deyil”. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xamneyi müraciətində bildirib.