
“Türkiyənin ciddi dövlət adamları, araşdırmaçıları bilirlər ki, İran parçalansa, Güney Azərbaycan müstəqil olsa, bu, Türkiyə ilə Azərbaycanın bütövləşməsi istiqamətində çox mühüm bir addım olacaq”.
Primeinfo.az xəbər verir ki, bu fikri Müsavat Partiyasının başqanı İsa Qəmbər Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.
O hesab edir ki, İranın parçalanacağı təqdirdə Türkiyə və türk dünyası çox güclənəcək:
Jurnalist Aygün Muradxanlının “bəs niyə bu istiqamətdə biz heç bir təbliğat, addım görmürük?” sualına Müsavat başqanı “çünki Türkiyə böyük dövlətdir və niyyətlərini vaxtından əvvəl açıqlamır” – cavabını verib.
Davamı “Qırmızı masa”da: