İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani 500-dən çox Amerika hərbçisinin öldürüldüyünü iddia edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib. Müharibənin davam etdiyini bildirən Laricani Seyid Əli Xameneinin öldürülməsinin bədəlinin ağır olacağını qeyd edib.
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Bizim məqsədlərimizin heç biri hər hansı bir xüsusi qüvvənin dəstəklənməsi və ya silahlandırılması üzərində qurulmayıb. Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın müharibə naziri Pit Heqset kürd silahlılarının İrana qarşı istifadə edilməsi məsələsinə münasibət bildirərkən deyib. O, İrana qarşı hava zərbələri nəticəsində mülki obyektlərin zərər görməsinə də münasibət bildirib.
İrandan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Bildirilib ki, İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub.
İranda ABŞ və İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 1045 nəfərə çatıb.
Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinə məxsus “Ras Tanura” neft təsisatı yenidən raket hücumuna məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl də həmin təsisat vurulub, fəaliyyətini dayandırıb.
“İran dünyanı çalxalayacaq addımlardan çəkinməlidir. Hər kəs gözləyirdi ki, Çindən nələrsə alınmalıdır. Düşünürəm ki, İrana ciddi artileriya qurğuları lazım idi. Çünki dəniz əməliyyatları bitdisə, növbəti və son mərhələ quru əməliyyatı olacaq”.
“İranın heç bir fərq qoymadan vasitəçi rolunu oynayan Oman, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanı bombalaması ideyası inanılmaz dərəcədə yanlış strategiyadır. Bu, regionda onsuz da son dərəcə ciddi olan riskləri daha da artırar”.
Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı ABŞ səfirliyi İran dronlarının hücumuna məruz qalıb, nəticədə səfirliyin damının bir hissəsi çöküb, lakin xəsarət alan olmayıb. Primeinfo.az xəbər verir ki, eyni zamanda, Küveyt şəhərində iki dron zərbəsi səfirliyin ətrafını vurub, lakin heç bir zərər və xəsarət qeydə alınmayıb. Hər iki səfirlik hücum zamanı boş olub.
İranda ali dini liderin seçilməsi prosesi zamanı təhlükəsizliklə bağlı ciddi hadisə baş verib.