Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.
İsrail İrana 4 günlük hucum planlaşdırıb.
İranın paytaxtı Tehranda partlayış səsləri eşidilib.
“İsrail dövlətə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirilib”.
İran ətrafında gərginliyin davam etməsi fonunda Qazaxıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına vəziyyət sabitləşənədək İrana səfərlərdən çəkinməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Tengri News” məlumat yayıb. Nazirliyin bəyanatında bildirilir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, həmçinin gücləndirilmiş təhlükəsizlik tədbirlərinə əməl etmək, diqqətli və ehtiyatlı olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi riayət etmək məsləhət görülür.
İranda parlament üzvü Abbas Beyqdelinin avtomobili silahlı hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Qəzvin vilayətində qeydə alınıb. Məlumata görə, Qəzvin vilayətinin prokuroru Əli Əsgər Əsgəri bildirib ki, deputatın nəqliyyat vasitəsinə ov tüfəngi ilə atəş açılıb.
“Cenevrədə gedən danışıqlarda nəticə əldə olunmamasına inanmıram. ABŞ və İsrail ona görə susur ki, İranla müəyyən razılaşmalar əldə etdiklərini etiraf edə bilmirlər. Hesab edirəm ki, İranla müəyyən danışıqlara getdilər və İran da qarşıya qoyulan şərtlərin demək olar ki, hamısını qəbul edib”.
Çin vətəndaşlarına İrana səyahət etməməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi, eləcə də Çin səfirliyi və konsulluğu vətəndaşları İrana səfər etməməyə çağırıb. Bildirilib ki, İranda olan Çin vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməli və ölkəni mümkün qədər tez tərk etməlidir.
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, fevralın 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 4 (dörd) nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
İran və ABŞ nümayəndələri Cenevrədə danışıqların növbəti mərhələsini başa vurublar və öz liderləri ilə məsləhətləşmələrdən sonra dialoqu bərpa etmək barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, bu barədə iki tərəf arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi öz “X” hesabında məlumat verib. “Biz danışıqları onların paytaxtlarında məsləhətləşmələrdən qısa müddət sonra bərpa edəcəyik.