İsrail İranın raket hücumlarına cavab olaraq ölkə üzrə fövqəladə vəziyyət elan edib. Primeinfo.az xəbər verir ki, müdafiə naziri İsrail Kats kütləvi toplaşmaları qadağan edib, məktəblər və bir çox iş yerləri bağlanıb. İranın ABŞ və İsrailin birgə hücumlarına cavab olaraq raket və PUA-larla zərbələr endirdiyi bildirilir.
İranda idman zalına hücumda 15 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, İranın Fars əyalətinin Lamerd rayonunun qubernatoru Əli Əlizadə İsrail və ABŞ qüvvələrinin şəhərdəki idman zalına və iki yaşayış yerinə hücumunda ən azı 15 nəfərin öldüyünü bildirib. Reklamınızı SmartBee ilə effektiv edin.
İran bu gün İsrailə kaset bombası başlıqları daşıyan ballistik raketlər atıb.
İrana məxsus pilotsuz uçuş aparatı (PUA) Küveytin beynəlxalq hava limanını hədəf alıb.
İsrail ordusu İranın qərb hissəsində yerləşən yüzlərlə hərbi hədəfə silsilə zərbələr endirib. “Qafqazinfo” İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən xəbər verir ki, əməliyyat zamanı İranın raket buraxılış qurğuları, sursat anbarları və digər strateji hərbi infrastrukturları daxil olmaqla, ümumilikdə yüzlərlə obyekt vurulub. IDF-in yaydığı rəsmi bəyanatda bildirilir ki, zərbələr İranın İsrailə qarşı planlaşdırdığı mümkün raket hücumlarının qarşısını almaq məqsədilə həyata keçirilən “qabaqlayıcı tədbirlər”in tərkib hissəsidir.
SEPAH-ın Baş komandanı Məhəmməd Pakpur ABŞ-İsrail hava zərbəsi nəticəsində öldürülüb.
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin bir neçə bölgəsində hərbi bazalar bpmbalanıb.
İsrailin hücumları nəticəsində bu ölkənin müdafiə naziri Əziz Nəsirzadə və Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei həlak olub.
İran İsrailə zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə Ordusu yayıb. Bildirilib ki, İrandan ölkəyə raket buraxıldığı qeydə alınıb.
İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumdan sonra yeraltı bunkerdə ölkənin Müdafiə Nazirliyi və təhlükəsizlik rəsmiləri ilə görüş keçirir. Primeinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kan dövlət televiziyasının məlumatına görə, Netanyahu İsrailin İrana qarşı hücum əməliyyatını “Şir nərəsi” adlandırıb.