Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: litva

Tamerlan Qarayev Bakıya gəldi - FOTO

Xəbər verdiyimiz kimi, Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycanda rəsmi səfərdədir. Baş nazir aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Daha sonra o, Şəhidlər xiyabanını ziyarət edib.

Litvanın Baş naziri Azərbaycana gəlib - FOTO

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Primeinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Belarus Litvanın müvəqqəti işlər vəkilini XİN-ə çağırdı

Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas PUA ilə bağlı insidentlə əlaqədar bu gün Belarus Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Primeinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Belarus XİN-in mətbuat xidməti məlumat yayıb. “Noyabrın 30-da Litvanın Lazdiyski rayonundan sərhədi keçən və Qrodno şəhərinə düşən təyyarə tipli pilotsuz uçuş aparatının Belarus dövlət sərhədini pozması ilə əlaqədar müvəqqəti işlər vəkilinə etiraz bildirilib.

Litva Belarus sərhədindəki qadağanı aradan qaldırır

Litva hökuməti Belarusla sərhəddə oktyabrın sonundan bəri müvəqqəti bağlanan iki keçid məntəqəsinin vaxtından əvvəl açılması barədə qərar qəbul edib. Primeinfo.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb. Söhbət “Medyininkay” (qarşı tərəfdə “Kamenniy Loq”) və “Şalçinininkay” (qarşı tərəfdə “Benakonı”) sərhəd-keçid məntəqələrindən gedir.

Litva Azərbaycan səfirliyinin zədələnməsinə görə Rusiyaya etiraz edib

Litva Rusiyaya yeni etiraz notası göndərərək Ukraynaya növbəti hücumları pisləyib və Azərbaycanın Kiyevdəki səfirliyinin zədələnməsini qeyd edib. Primeinfo.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Notada qeyd edilir ki, Rusiyanın noyabrın 14-də endirdiyi zərbə Azərbaycanın Kiyevdəki səfirliyinə böyük ziyan vurub – Vilnüs bu hadisəni Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir.

Lukaşenko: "Belarus Litva sərhədini açmağa hazırdır"

Belarus Litva ilə sərhədi açmağa hazırdır və onu bağlamayıb. Primeinfo.az-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi müşavirədə bildirib. “Bəyan etmək istəyirəm ki, biz sərhədin açılmasına çoxdan hazırıq.