İsrail Müdafiə Ordusunun Livanın Xanauya şəhərinə hava zərbəsi nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb. Primeinfo.az “Report”a istinadən bildirir ki, bu barədə “Al-Jazeera” Livan KİV-lərinə istinadən xəbər verir. Qeyd olunur ki, zərbələr nəticəsində Livanın cənub şəhərlərindəki bəzi yaşayış məhəllələri zərər görüb.
“İsrail hökuməti Livanla atəşkəs və “Hizbullah”ın tərksilah edilməsi danışıqlarına mümkün qədər tez başlayacaq”. Primeinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, danışıqlar “Hizbullah”ın tərksilah edilməsi və İsraillə Livan arasında sülh münasibətlərinin qurulmasına yönələcək: “Bu qərar Livanın İsraillə birbaşa danışıqlara başlamaqla bağlı dəfələrlə etdiyi müraciətlərdən qaynaqlanıb”.
Son 24 saat ərzində İsrailin Livanın cənub və şərqində hava hücumları nəticəsində ən azı 22 nəfər həlak olub, daha 153 nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu rəqəmlər Səhiyyə Nazirliyinin hesabatında qeyd olunub. “Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı başladığı quru əməliyyatını qınayıb. Primeinfo.az xəbər verir ki, Türkiyə XİN-in rəsmi “X” səhifəsində yerləşdirilən bəyanatda qeyd olunub ki, “Netanyahu hökumətinin Livanda həyata keçirdiyi kütləvi cəzalandırma siyasəti bölgədə yeni humanitar fəlakətlərə səbəb olacaq”. Bəyanatda Türkiyənin Beyrutla həmrəyliyi ifadə edilib.
İsrail ordusu Livanın ərazisində yerləşən BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) düşərgəsinə zərbə endirib. Primeinfo.az “Lebanon 24” xəbər portalına istinadən xəbər verir ki, hadisə qanalı sülhməramlıların yerləşdiyi Əl-Kouzah rayonunda qeydə alınıb. Hücum nəticəsində üç BMT sülhməramlısı yaralanıb.
ABŞ Yaxın Şərqdə artan gərginlik fonunda Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” platformasında yayılan bəyanatında bildirilib. “Mövcud regional gərginliklə əlaqədar olaraq ABŞ-ın Beyrutdakı səfirliyi növbəti bildirişədək bağlanacaq”, – deyə açıqlamada qeyd olunub.
ABŞ-ın Beyrutdakı səfirliyi kommersiya uçuşlarının mövcud olduğu müddətdə amerikalılara Livanı dərhal tərk etməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb. Məlumata görə, səfirlik ölkədəki təhlükəsizlik vəziyyətinin “qeyri-sabit və proqnozlaşdırılmayan” olduğunu bildirib.
İsrailin Livana avizərbələri nəticəsində 31 nəfər ölüb, 149 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) hücumlara cavab olaraq, Livanın cənubuna və paytaxt Beyruta hava zərbələri endirib.
İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Livanın cənubundakı Suxmur və Yoxmur şəhərlərində “Hizbullah”ın hərbi hədəflərinə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Al Jadeed” məlumat yayıb. Məlumata görə, təyyarələr Bekaa vadisinin qərbindəki Məşqara şəhərinə də iki hava hücumu həyata keçirib.
İranın xarici işlər naziri Abbas Arakçının ailə üzvləri ilə birlikdə Livana getdiyi və onların ölkədə qeyri-müəyyən müddətə qalacağı açıqlanıb.