Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: minatəmizləmə

Azərbaycan XİN çağırış etdi

“4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”.

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Primeinfo.az xəbər verir ki, bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Xarici jurnalistlər Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər - ANAMA - FOTO

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici media nümayəndələri Ağdam rayonunun Namirli kəndində minatəmizləmə əməliyyatını izləyiblər. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin “X” sosial media hesabında paylaşım edilib. Bildirilib ki, media nümayəndələrinə həmçinin həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Misir Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərə bilər - FOTO

  Misir tərəfindən Azərbaycana mina təhlükəsi ilə mübarizə istiqamətində dəstək göstərilməsi imkanları müzakirə edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla Misirin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda arasındakı görüşdə müzakirə aparılıb. Görüşdə Agentliyin qarşısında duran vəzifə və hədəflər, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlarla çirklənmə miqyası, həmçinin Böyük Qayıdış proqramı çərçivəsində icra edilən humanitar minatəmizləmə fəaliyyətinə dair görülən işlər barədə səfirə ətraflı məlumat verilib.

Elnur Məmmədov: "Minatəmizləmə yenidənqurma üçün vacibdir"

Bu günə olan məlumata görə, Azərbaycan 2020-ci ildən bəri 240 000 hektardan çox çirklənmiş ərazini təmizləyib və 227 000-dən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov X hesabında yazıb. O qeyd edib ki, minatəmizləmə Böyük Qayıdış, icmaların yenidən qurulması və mülki əhalinin müdafiəsi üçün vacib olaraq qalır: “Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub.

ANAMA nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib 

 Azərbaycan Respublikasının Minalartəmizləmə Agentliyi (ANAMA) və digər dövlət qurumlarının üzvlərindən ibarət nümayəndə heyəti NATO mənzil-qərargahına səfər edib.  Primeinfo.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan və NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, “Sülh və Təhlükəsizlik naminə Elm” (SPS) proqramı çərçivəsində humanitar minatəmizləmədə innovativ metodlar üzrə həyata keçirilən cari layihənin gedişatı, eləcə də sözügedən proqram çərçivəsində minatəmizləmə sahəsində yeni nəsil yüksək texnologiyaların və innovativ metodların tətbiqi üzrə digər cari və gələcək layihələrə qoşulmaq, habelə Azərbaycanda SPS ilə birgə təlim və seminarların təşkili, Azərbaycan üzrə NATO Etimad Fondunun yaradılması kimi məsələlər ətrafında müzakirələr aparılıb.  Görüşlərdə həmçinin ANAMA nümayəndə heyəti tərəfindən 2020-ci ilin noyabrından etibarən mina hadisələri nəticəsində 410 azərbaycanlının həlak olduğu və ya yaralandığı, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına və həmin ərazilərdə bərpa-yenidənqurma işlərinin aparılmasına ciddi maneələr yaratdığı, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ilə bağlı geniş məlumat verilib. 

Aİ Azərbaycana 23 milyon avro ayıracaq

Aİ Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini təsdiqləyib Avropa İttifaqı Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Normallaşma prosesinə dəstək: Ermənistan-Azərbaycan münasibətləri gündəmdə Marta Kos səfəri zamanı Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb.