Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Müdafiə Nazirliyi

Bakıda NATO-nun mobil təlim qrupu kurs keçirir - FOTO

Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Təcrübələrin öyrənilməsi” mövzusunda kurs keçirilir. Primeinfo.az xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib. Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib.

Azərbaycan Ordusunda XTQ üçün xüsusi tibb hazırlığı kursu açıldı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəxsi heyətilə xüsusi tibb hazırlığı üzrə keçirilən kursun açılış mərasimi olub. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, açılış mərasimində beynəlxalq mütəxəssislər də iştirak edib.

Zakir Həsənov Slovakiyanın müdafiə naziri ilə görüşüb - FOTO - VİDEO

  Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Müdafiə Nazirliyindən Zəfər Günü ilə bağlı AÇIQLAMA

Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: Bakı şəhəri üzrə: * Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli; * Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı; * “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti; Sumqayıt şəhəri üzrə: Dənizkənarı Bulvar ərazisi; Naxçıvan şəhəri üzrə: Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən “Zəfər Parkı”nadək; Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.

Azərbaycan Serbiya artilleriyaçılarının birgə taktiki təlimi keçirilib - FOTO

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib.  Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib.  NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.