Paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Primeinfo.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.
Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib, 10 kiloqramdan çox narkotik dövriyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olan əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Məmmədov saxlanılıb.
Narkotik istintaqı çərçivəsində daha bir neçə məşhur saxlanılıb. Bu barədə türk mediasında məlumat yayılıb. Bildirilib ki, bloger Arya Bektaş ötən gün polis bölməsinə aparılıb.
Ağdam rayonunda kişinin arvadına kəsici alətlə xəsarət yetirməsi hadisəsinin detalları məlum olub. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib. Kənd sakini Gülzəndə Abbas qızı Salahovaya həyat yoldaşı Ceyhun Salahov balta ilə ağır xəsarətlər yetirib.
İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində bəzi tanınmış simalar saxlanılıb. Primeinfo.az xəbər verir ki, keçirilən genişmiqyaslı əməliyyat zamanı tanınmış komediyaçı Hasan Can Kaya, rep ifaçısı Emirhan Çakal və sosial media fenomeni Reynmen də daxil olmaqla ümumilikdə 26 şübhəli saxlanılıb. Hazırda onların barəsində polis idarəsində istintaq tədbirləri davam etdirilir.
Türkiyəli aparıcı Hasan Can Kaya və “Reynmen” ləqəbi ilə tanınan müğənni Yusuf Aktaş saxlanılıb. Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar narkotiklə bağlı əməliyyat çərçivəsində tutulublar. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Hasan Can Kaya və Yusuf Aktaşla yanaşı 5 nəfər də saxlanılıb.
Yanvarın 30-da gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb. Proses Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə keçirilib.
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 43 yaşlı Samiq Abuşov saxlanılıb. Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, onun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsindən ümumi çəkisi 20 kiloqrama yaxın olan narkotik vasitə həşiş və marixuana aşkarlanıb. S.Abuşov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Bakı şəhərinə çatdırmalı olduğunu bildirib.
Nəsimi rayonunda yanvar ayında 36 kiloqram narkotik vasitə aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.