Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: narkotik

“Fənərbaxça” prezidenti prokurorluqda ifadə verdi

“Fənərbaxça” prezidenti Sadettin Saran narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində prokurorluqda ifadə verib. Primeinfo.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan araşdırma çərçivəsində səhər saatlarında İstanbul Ədalət Sarayına gələn Saranın dindirilməsi prosesi başa çatıb. Məlumata görə, ifadə verdikdən sonra geniş təhlükəsizlik tədbirləri altında məhkəmə binasından çıxarılan klub rəhbəri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Bu il 219, 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2025-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kq 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5117 nəfər cəlb edilmiş, onlardan 4961 kişi, 156 qadın olub.

Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı

Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.

Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub

Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü – Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

İrandan Azərbaycana narkotik keçirililməsinin qarşısı alındı

İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib. Vurğulanıb ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.

“Son görüşdə ondan qeyri-etik davranışlar gördüm” - FOTO

Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoyla bağlı yeni iddia gündəmə gəlib. Primeinfo.az xəbər verir ki, onunla uzun müddət birlikdə çalışan jurnalist Tuğçe Acar sosial şəbəkə hesabında paylaşım edərək M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib

Naxçıvanda şəhərində külli miqdarda narkotik vasitə məhv edilib. Primeinfo.az xəbər verir ki, məhv edilmə prosesi muxtar respublikanın ərazisində külli və xüsusilə külli miqdarlarda narkotik vasitələrin, psixotrop maddələrin və prekursorlarının məhv edilməsi üzrə komissiyasının sədri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Vüqar Hüseynov, komissiyanın üzvləri və media nümayəndələrinin iştirakı ilə baş tutub. Naxçıvan şəhərində yerləşən xüsusi məkanda 2024-2025-ci illərdə müsadirə edilmiş ümumi çəkisi 155 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, eləcə də 30 minə yaxın güclü təsirə malik tramadol məhv edilib.

Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib: araşdırma aparılır

Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Elbəyi Kərimli cəzaçəkmə müəssisəsində vəfat edib. Prineinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, Elbəyi Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Salyanda əməliyyat: 9 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər Müşfiq Hüseynov və Anar Əsgərov saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. M.Hüseynovdan ümumi çəkisi 7 kq olan psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana, A.Əsgərovdan isə 2 kq tiryək, heroin və narkotiklərin satışında istifadə olunan elektron tərəzi götürülüb.

Narkotikin təsiri altında olan sürücü və qadın sərnişinləri SAXLANILDILAR

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.