Bu ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 7 030 cinayət faktı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib. Onlardan 2 232-si narkotik vasitələrin qanunsuz satışı, 4 611-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 185-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 7 ton 263 kq 229,113 qram narkotik vasitələrin və psixotrop maddələrin6 ton 446 kq 419,462 qramını marixuana, 281 kq 848,682 qramını heroin,143 kq 956,179 qramını tiryək, 75 kq 167,942 qramını həşiş, 153,551 qramını kokain,181 kq 415,261 qramını digər narkotik vasitələr və134 kq 268,036 qramını psixotrop maddələr təşkil edib.
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib. Bu barədə Primeinfo.az-a DİN-in Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.
Ötən gün 22,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Primeinfo.az Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 14-də ümumi çəkisi 22,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olunan şəxslər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində 7 məşhurun test nəticələri neqatib çıxıb. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə-tibb ekspertizasının analizlər nəticəsində hazırladığı hesabatda tanınmış simalar – Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyqu Özaslanın qanlarında narkotik maddə aşkarlanmadığından, onlarla bağlı açılan cinayət işinə xitam verilib. Qeyd edək ki, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın qan və saç nümunələrində narkotik maddə aşkarlanıb.
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb.
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı nəqliyyat vasitəsinin sürücüsü, 2-ci Qarabağ müharibəsi iştirakçısı 28 yaşlı Rafael Fərmanov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb. Primeinfo.az xəbər verir ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub. R.Fərmanovun barəsində pratokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nəticədə 66 kiloqram 325 qram narkotik vasitənin satışının qarşısı alınıb.
Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 14 kiloqram 100 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.