Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: paşinyan

Paşinyan: "İrandakı hadisələr TRIPP-i gecikdirə bilər"

Nikol Paşinyan etiraf edib ki, İrandakı hadisələr TRIPP layihəsini gecikdirə bilər. Primeinfo.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Ermənistan Baş nazirinin sözlərinə görə, ABŞ administrasiyasının hazırda bunu ən azı prioritet hesab etmədiyi məlumdur. Yaxın Şərqdə eskalasiyaya və onun Ermənistan iqtisadiyyatına mümkün təsirinə – yüksək inflyasiya təhlükəsinə gəlincə isə, Paşinyan tədbirlərin görüləcəyini vəd edib.

Paşinyan: "Ermənistan TRIPP-in icrasını təxirə salmaq niyyətində deyil"

Ermənistan TRIPP-in həyata keçirilməsini təxirə salmaq niyyətində deyil, buna heç bir səbəb yoxdur. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib. Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.

Paşinyan Müctəba Xamneyini təbrik edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Seyid Müctəba Xameneiyə Ali Rəhbər seçilməsi münasibətilə təbrik məktubu göndərib. Primeinfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, məktubda deyilir: “İran İslam Respublikasının Ali Lideri seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Əminəm ki, Ermənistanla İran arasındakı güclü əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq.

Anna Akopyan Paşinyandan ayrıldığını açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.

Nikol Paşinyan Polşaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfərlə Polşaya yola düşüb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook”da bildirib. Səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri media nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

Paşinyan “Sülh Şurası” liderlərinin ilk görüşündə iştirak edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan “Sülh Şurası” liderlərinin ilk görüşündə iştirak edəcək. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransında bildirib. Ermənistan lideri ABŞ Prezidenti DonaldTrampın fevralın 19-da “Sülh Şurası”nın ilk iclasında iştirak etməklə bağlı dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.

Tokayev: “Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir”

“Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir”. Primeinfo.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik müraciətində deyib.