Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Nikol Paşinyan

Paşinyan: “KTMT-dən çıxarılsaq, çox məmnun olaram”

Paşinyan: “KTMT-dən çıxarılsaq, çox məmnun olaram”

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib. “Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq.

Paşinyan: "ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq"

Paşinyan: "ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq"

Ermənistan hökuməti ABŞ və İranla bağlı vəziyyətdən çox narahatdır. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu hökumətin iclasından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın İrana iqtisadi müharibə elan etməsi qərarının Ermənistan-İran münasibətlərinə necə təsir edəcəyinə dair jurnalistlərin sualına cavabında deyib. “Təbii ki, ABŞ və İranla bağlı vəziyyətdən çox narahatıq və bu məsələdə həm ABŞ, həm də İranla çox sıx əməkdaşlıq edirik və arzumuz bu vəziyyətin mümkün qədər tez həll olunmasıdır”, – Paşinyan qeyd edib.

Paşinyana fəxri vətəndaşlıq təklif edildi

Paşinyana fəxri vətəndaşlıq təklif edildi

Odessa meriyası Ermənistanın humanitar yardım göstərməsindən sonra Baş nazir Nikol Paşinyana şəhərin fəxri vətəndaşı adının verilməsi məsələsinə baxmağa hazır olduğunu açıqlayıb. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistanın İqtisadiyyat Nazirliyi Baş nazir Nikol Paşinyanın tapşırığı ilə Ukraynaya humanitar yardım layihəsi həyata keçirir. Məlumata əsasən, toplanacaq vəsait hesabına Ermənistan istehsalı olan böyük həcmdə tərəvəz və meyvənin Ukraynanın Odessa şəhərinə göndərilməsi planlaşdırılır.

Paşinyan Rusiya ilə razılıq əldə etmək istəyir

Paşinyan Rusiya ilə razılıq əldə etmək istəyir

Ermənistanın dəmir yollarının Rusiya tərəfindən idarə olunması ilə bağlı məsələnin kəskin qarşıdurma yolu ilə deyil, dostluq şəraitində həll edilməsinin tərəfdarıyam. Primeinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə deyib. “Dəmir yolu ilə bağlı vəziyyətə gəlincə, biz dostluq şəraitində həll istəyirik.

Paşinyan Zelenski ilə telefonla danışıb

Paşinyan Zelenski ilə telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, Zelenski Paşinyanı Ermənistanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib. Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.