Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmayıb. Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün Baş nazir Nikol Paşinyan brifinqdə bildirib. Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan Fransaya gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, səfərin tarixləri razılaşdırılacaq.
“Bunu bizdə bəziləri deməkdən çəkinir, amma Paşinyanı Rusiyadan və radikallardan qorumaq lazımdır. Bizim ticari əməkdaşlığımızın bir məqsədi də buna xidmət edir. Paşinyanın mövqeləri möhkəmlənməli və münasibətlərlə bağlı cəmiyyətini inandırmalıdır”.
Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması istiqamətində də irəliləyirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan TRIPP-in həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb. Primeinfo.az xəbər verir ki, liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünə dair paylaşım edilib. Primeinfo.az paylaşımı təqdim edir: Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib.https://t.co/rwj7owUTDD pic.twitter.com/dz9Iw57NzO — İlham Əliyev (@azpresident) August 31, 2026
“Robert Köçəryan, Qaqik Tsarukyan və Serj Sarkisyan hər ayın 1-də yoxlamalıdırlar ki, onlar pensiya alıblar, ya yox. Bu, siyasi vəzifədir. Niyə?
Kremlin sözçüsü Dmitri Peskov Baş nazir Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması ilə bağlı fikirlərini anlaşılmaz adlandırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “İzvestisya” Kreml sözçüsünə istinadən xəbər yayıb. “Düzünü desəm, “çıxarılsaydıq, məmnun olardım”ın nə demək olduğunu anlamaqda çətinlik çəkirəm.