Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. Primeinfo.az xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Qeyd edək ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Bu Qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minir.
Bir sıra dövlət qurumlarının fəaliyyəti təkmilləşdirilir.
Prezident İlham Əliyevin sosial media hesablarında Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında iştirakı ilə bağlı videoçarx paylaşılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb.