Zelenski İlham Əliyevə təşəkkür etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevlə görüşünə dair “X” hesabında paylaşım edib.
Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
“Biz artıq uzun müddətdir ki, enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə Azərbaycan mediasına müsahibəsində deyib.
Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində səsləndirib.
Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı. “Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Nazim Kazım oğlu 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Abbasov Etibar Akif oğlu Bədəlova Zöhrə Əliriza qızı Gözəlov Zülfi Məmməd oğlu Həziyeva Gülçöhrə Hacıqulu qızı Hüseynov Alı Hüseynqulu oğlu İsgəndərov Nəsib Əli oğlu Məmmədov Şahin Yusif oğlu Rzayev Zamin Vahid oğlu Səfərova Rəsmiyyə Suca qızı 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə Qasımlı Nuranə Nurəddin qızı Qənbərov Zahid Paşa oğlu.