Prezident İlham Əliyev “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Qarayev Natiq Sahib oğlu – general-mayor Cəfərov Elməddin Qulu oğlu – polkovnik Quliyev İslam Ramiz oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Hidayev Əziz Şahmurad oğlu – polkovnik Abbasov Hikmət Zahid oğlu – mayor Əliyeva Samirə Təşkilat qızı – mayor “Tərəqqi” medalı ilə Sədrətdinov Pərviz Həsən oğlu.
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram.
Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib. “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir,- bu barədə dəfələrlə danışılıb,- gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq.
Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir – yəni vahid mərkəzdən. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib. Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir – həm dövlət qurumları, həm vətəndaşlar.
Dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir.
Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib. “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, – bu barədə dəfələrlə danışılıb, – gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.