Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

“Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir.

İlham Əliyev “Saloğlu Qarabağ” istehsal müəssisəsinin təməlini qoyub - FOTO

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub. Primeinfo.az xəbər verir ki, “Saloğlu Qarabağ” MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlət başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi. Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq.

Prezident Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında - FOTO

Prezident İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub.

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib - FOTO

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib.

Kərkicahanda məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib.

Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram.