Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Martın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Primeinfo.az xəbər verir ki, Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

Prezident: "Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib"

Azərbaycanın Silahlı Qüvvələri – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib. Dövlət başçısı əlavə edib ki, bununla da onlar istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.