Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

Əziz Səncər Prezident İlham Əliyevə TƏŞƏKKÜR EDİB 

Əziz Səncər Prezident İlham Əliyevə TƏŞƏKKÜR EDİB 

Kimya üzrə Nobel mükafatı laureatı, dünyaşöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Bu barədə Primeinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məktubda Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib.

İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib

İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib

Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki “İstisu” zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uzaqgörən və qətiyyətli rəhbərliyiniz sayəsində Tacikistan dövlət quruculuğu, daxili sabitliyin bərqərar olunması və sosial-iqtisadi tərəqqi sahəsində böyük inkişaf yolu keçmiş, qlobal arenada nüfuzunu və mövqeyini möhkəmləndirmişdir.