Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Prezident İlham Əliyev

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib - FOTO

AIIF 2026 çərçivəsində qala gecəsi təşkil edilib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində qala gecəsi təşkil edilib. Bu barədə Primeinfo.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, qala gecədə müxtəlif ölkələri təmsil edən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə instutlarının, beyin mərkəzlərinin nümayəndələri və biznes liderləri iştirak edib.

AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır

AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır

Prezident İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Primeinfo.az xəbər verir ki, Forumun önəmi burada müzakirə olunan qlobal əhəmiyyətli iqtisadi mövzularla yanaşı, Azərbaycana gələn investorların miqyası və səviyyəsi ilə də ölçülür. Bu il Bakıda qlobal maliyyə və investisiya bazarının aparıcı şirkətlərinin, investisiya və suveren fondların, beynəlxalq maliyyə institutlarının rəhbərləri bir araya gəliblər.

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən biri ölkə ilə şəxsən tanış olmaq və yalnız biznes nümayəndələrinin deyil, insanların da fikirlərini eşitmək imkanıdır: “Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, onun necə inkişaf etdiyini, düzgün istiqamətdə gedib-getmədiyini soruşa və müstəqil şəkildə öz fikirlərini formalaşdıra bilərlər”.

Prezident: "Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib"

Prezident: "Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib"

“Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib. “Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”, – dövlət başçısı qeyd edib.