Madaqaskarda yeni prezident təyin edilib. Primeinfo.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, ordu zabiti, polkovnik Mikael Randrianirina Madaqaskar Ali Konstitusiya Məhkəməsi tərəfindən rəsmi mərasimlə prezident təyin edilib. Qeyd edək ki, Madaqaskarda həftələrlə davam edən etiraz aksiyalarından sonra prezident Andri Radzuelina Fransa hərbi təyyarəsi ilə ölkədən qaçıb.
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür.
Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sosial şəbəkə hesabında yazıb. “Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”, – İ.Əliyev vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram hesabında Nyu Yorkda çəkilmiş ailəvi fotolarını paylaşıb.
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində işgüzar səfərdədir.
1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ilə bağlı dəyərli Prezidentimizə təşəkkürümü bildirirəm. Onun vizyonu və rəhbərliyi sayəsində bu tədbir mümkün olub. O, bu layihənin böyük dəstəkçisi olub.
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Primeinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.