Rusiya Prezidenti Vladimir Putin “Prostokvaşino” cizgi filmində obraz kimi yer alacaq. Primeinfo.az xəbər verir ki, bu barədə RBC portalı məlumat yayıb. Portalda dərc edilən kadrlarda Vladimir Putin “Prostokvaşino”nun əsas personajları – “Dayı Fyodor”, “Matroskin”, “Şarik”, “Poçtalyon Peçkin” və digər qəhrəmanlarla birlikdə təsvir olunub.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyəyə səfər edəcəyi ilə bağlı söz verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, Aşqabadda keçirilən görüş zamanı müzakirə olunan mövzulardan biri də növbəti görüşün Türkiyədə keçirilməsi olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, görüş Türkmənistanın paytaxtı Aşqabadda baş tutub. Putin iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdiyini söyləyib.
Rusiya Prezidenti Vladimir Putin sabah Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“Rusiya-Ukrayna müharibəsində Trampın vasitəçiliyilə gözlənilən sülh prosesi dalana dirənib. Müharibə ABŞ rəhbərliyi, Qərb və Rusiya arasında gedir. Təəssüflər olsun ki, Ukraynadan sadəcə istifadə etdilər”.
Rusiya Prezidenti Vladimir Putin Hindistanda səfərdədir. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Kreml açıqlayıb. Bildirilib ki, Rusiya liderinin təyyarəsi Nyu-Dehlidə yerə enib Onun Hindistana səfəri iki gün davam edəcək.
“Bir sıra böyük siyasi və transmilli şirkətlərin marağındadır ki, Rusiya və Ukrayna arasındakı savaş bitməsin. Onlar müharibənin davamına daha çox dəstək verirlər, nəinki sülhə”.
ABŞ tərəfi sülh planının 27 bəndini dörd paketə böldü və onları ayrıca müzakirə etməyi təklif etdi. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Rusiya istənilən halda Donbası və Novorossiyanı hərbi və ya digər yollarla alacaq”, – Putin bildirib.
ABŞ nümayəndələrinin Kreml görüşünə gətirdiyi təkliflər bu və ya digər şəkildə Alyaskada əldə edilən razılaşmalara əsaslanır. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Amerikanın təkliflərində Rusiyanın razılaşmadığı məqamlar olub və bunlar görüşdə müzakirə olunub.