Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 15-i saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35, Kişçayda (Şəki) 26, Laçında 25, Kəlbəcərdə 23, Qrızda 22, Xaltanda 17, Lerikdə 13, Şuşada 12, Qusarda 11, Xınalıq və Xızıda 10, Şahdağ və Qubada 9, Qobustan və Qəbələdə 7, Gədəbəydə 6, Xankəndi və Oğuzda 5, Sədərəkdə 3, Xocalı və Balakəndə 1 sm-dir.
Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var.
Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir .
Azərbaycanda yanvarın 10-da havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Fransanın bir çox şəhərinə güclü qar yağıb. Primeinfo.az xəbər verir ki, qar səbəbindən nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Yanvarın 7-i səhər saatlarında Ruasi-Şarl-dö-Qol (Roissy-Charles-de-Gaulle) hava limanında təxminən 100, Orly hava limanında isə 40-a yaxın uçuş ləğv edilib.
Yanvarın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçir, bəzi yerlərdə külək müşahidə olunur. Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bir sıra ərazilərdə cənub-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan, Xızıda 18, Qobustanda 16 m/s-dək güclənir. Qar ötüyünün hündürlüyü tədricən əriyib.
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qarlı və küləkli hava şəraiti müşahidə olunub. Bildirilib ki, şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.