Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.
Rusiya Ədliyyə Nazirliyi Azərbaycanlı bloqçu Fuad Abbasova məxsus MISRA televiziya layihəsini “xarici agentlər” siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib. Qeyd edək ki, bir neçə il əvvəl Fuad Abbasov Rusiyadan 50 il müddətinə deportasiya edilib.
“Hər kəs belə hesab edir ki, Alyaska görüşündə Ukraynanın taleyi həll olunub. Trampla Putin arasında bir razılaşma var. Sadəcə olaraq bu razılaşma mərhələ-mərhələ həyata keçirilməkdədir”.
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi prosesi başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Səfərəliyev bildirib. Qeyd edək ki, sonuncu belə mübadilə ötən ilin 20 noyabrında baş tutub.
“Venesuelada Maduronun həbsində əsas rolu ruslar oynayır. Yəni, əslində Maduronu ruslar satdı”.
“Ermənistan cəmiyyəti məğlubdur, zəifdir, revanş imkanları yoxdur”.
“Son 4 ildə təxminən 40% Luqansk, bir o qədər də Donetsk əraziləri işğal edilib. Yəni, nəzərə alsaq ki, 2014-cü ildə bu işğallar bir neçə aya baş vermişdi, hazırda təxminən eyni miqyasda ərazi 4 ildir ki, işğal edilə bilmir”.
Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib, nəticədə lokomotivdə və vaqonda yanğın olub, xəsarət alanlar var.
Ukraynanın keçmiş baş naziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaymaqda ittiham olunaraq beynəlxalq axtarışa verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Timoşenko barəsində cinayət işi artıq Moskvanın Basmannı Rayon Məhkəməsinə göndərilib.
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Məhkəməsinə Rusiyaya qarşı iddia ərizəsi ilə müraciət edib. İddianın Rusiya tərəfinin əmək miqrantları üçün sığorta polisi verməkdən imtina etməsi ilə əlaqədar olduğu bildirilir. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia barədə Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun prezidenti Azamat Mukanov parlament komitəsinin iclasında məlumat verib.