Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya ilə bağlı səyahət tövsiyələrini sərtləşdirib və ölkə vətəndaşlarını dərhal Rusiya ərazisini tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun yenilənmiş təhlükəsizlik xəbərdarlığında qeyd olunub. Əvvəllər xəbərdarlıq əsasən Ukrayna ilə sərhəd bölgələrinə aid idisə, yeni tövsiyələr artıq Rusiyanın bütün ərazisini əhatə edir.
Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rusiyanın NATO-nun şərq cinahında yeni təxribatlara əl ata biləcəyi barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Pavel Şota hesab edir ki, Moskva alyansın reaksiyasını yoxlamaq üçün Baltikyanı ölkələrdə yeni təxribat ssenarilərini işə sala bilər.
İyun ayı Ukraynanın Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə endirdiyi hava zərbələrinin sayına görə, 2026-cı ilin ən intensiv dövrü olub. Primeinfo.az UNİAN- a istinadən xəbər verir ki, ay ərzində azı 13 obyektə hücum edilib ki, bu da ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir. Son hədəflərdən biri Volqoqraddakı “Titan-Barikadı” zavodu olub.
11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Ukrayna ötən gecə Rusiyanın yanacaq-enerji kompleksinə zərbələri davam etdirib. Primeinfo.az xəbər verir ki, bu dəfə hədəf Krasnodar diyarındakı Slavyansk şəhərindəki neft emalı zavodu olub. Zavodda bir neçə güclü partlayış baş verib, yanğın başlayıb.
Rusiyanın Ukraynanın Sumı şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində azı 18 nəfər xəsarət alıb.
Rusiya prezidenti Vladimir Putin miqrasiya sahəsində dövlət rüsumlarının artırılmasını nəzərdə tutan yeni qanunu imzalayıb.
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək. Primeinfo.az xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən “Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması” adlı paneldə bildirib. Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi: “Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək.
Rusiya və Ukrayna arasında girovların mübadiləsi olub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya ombudsmanı Yana Lantratova bildirib. O, Ukrayna ilə girovların mübadiləsinin həyata keçirildiyini söyləyib.
Rusiya və Çinə məxsus 10-a qədər təyyarə qısa müddətlik Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyət sahəsinə daxil olub. Primeinfo.az “Yonhap”-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Belə ki, hərbi təyyarələr sözügedən sahəyə ölkənin şərq və cənub istiqamətindən daxil olublar.