Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya

Rusiya "Telegram"ın yaradıcısını terrorçu və ekstremistlər siyahısına salıb

Rusiya "Telegram"ın yaradıcısını terrorçu və ekstremistlər siyahısına salıb

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti (Rosfinmonitorinq) “Telegram” messenjerinin yaradıcısı Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib. Primeinfo.az xəbər verir ki, Bu barədə məlumat “Rosfinmonitorinq”in rəsmi reyestrində yer alıb. Qurumun açıqlamasında Pavel Durovun terrorçu və ekstremistlər siyahısına əlavə edildiyi bildirilib.

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini Xarici Fəaliyyət Xidmətinə çağırıb

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini Xarici Fəaliyyət Xidmətinə çağırıb

Avropa Komissiyası Rusiyanın Avropa İttifaqındakı müvəqqəti işlər vəkilini Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozması və Latviyanın Kiyevdəki fəxri konsulluğunun raket zərbəsi nəticəsində zədələnməsi ilə əlaqədar Aİ-nin Xarici Fəaliyyət Xidmətinə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ənvar əl-Anuni Brüsseldə keçirilən mətbuat konfransında bildirib. “Bu gün Rusiyanın Aİ-dəki müvəqqəti işlər vəkilini Rumıniyanın hava məkanına Rusiya pilotsuz uçuş aparatlarının daxil olması və Latviyanın Kiyevdəki fəxri konsulluğunun dağıdılması ilə bağlı cavab tədbirlərimiz çərçivəsində Xarici Fəaliyyət Xidmətinə çağırdıq”, – deyə sözçü qeyd edib.

Peskov: "Xəzərdəki gəmilərin vurulması təhlükəlidir"

Peskov: "Xəzərdəki gəmilərin vurulması təhlükəlidir"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində gəmilərə endirdiyi zərbələri “son dərəcə təhlükəli” adlandırıb. Primeinfo.az-ın məlumatına görə, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, bu cür hücumlar regionda gərginliyin növbəti mərhələsidir. “Kiyev rejimi ilə mübarizə aparmaq lazımdır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Rumıniya Moskvadakı səfirini geri çağırıb

Rumıniya Moskvadakı səfirini geri çağırıb

Rumıniya son günlər Rusiya pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Rusiyanın Buxarestdəki səfirliyinin bir əməkdaşını “persona non grata” elan edərək ölkədən çıxarmaq qərarına gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Rusiyanın Buxarestdəki səfiri nazirliyə çağırılıb və ona Rumıniya ərazisində vurulan pilotsuz uçuş aparatının qalıqları təqdim edilib.

Puqaçova əsa ilə gəzdi: "4 ay yatağa məhkum oldum" - VİDEO

Puqaçova əsa ilə gəzdi: "4 ay yatağa məhkum oldum" - VİDEO

Rusiyanın Xalq artisti Alla Puqaçova Latviyada keçirilən Layma Vaykule festivalında fərqli obrazları ilə diqqət çəkib. Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, Yurmalada keçirilən tədbirə sənətçi həyat yoldaşı, şoumen Maksim Qalkinlə qatılıb. Hər gün fərqli geyim seçən Puqaçova bu dəfə isə media qarşısına əsası ilə çıxıb.

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb

Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb

Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. Məlumata görə, Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.

NATO səmasında Rusiya PUA-ları vuruldu

NATO səmasında Rusiya PUA-ları vuruldu

Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan üçüncü pilotsuz uçuş aparatının (PUA) hərbi qırıcılar tərəfindən vurulmasından sonra Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi nazirliyə çağırıb.

Rusiyada miqrantlarla bağlı YENİ QƏRAR

Rusiyada miqrantlarla bağlı YENİ QƏRAR

Rusiya prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvləri ilə bağlı yeni tələbləri nəzərdə tutan qanunu imzalayıb. Primeinfo.az xəbər verir ki, yeni qaydalar 2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək. Qanuna əsasən, xarici ölkə vətəndaşı olan əmək miqrantı həm özünü, həm də Rusiyada onunla birlikdə yaşayan himayəsindəki şəxsləri yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir.

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya hökuməti benzin ixracına qoyulan qadağanı 2026-cı ilin sonunadək uzadacaq. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib. “Qərara gəldik ki, benzinin ixracına qoyulan qadağa həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün ilin sonunadək qüvvədə qalsın”, – deyə Novak bildirib.