Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb. Primeinfo.az “Bloomberg “-ə istinadən xəbər verir ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır. Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib.
Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.
Rusiyalı iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” superyaxtası ötən ilin sentyabrında ABŞ hökuməti tərəfindən keçirilən hərracda 187 milyon dollara BƏƏ-dən olan milyarderin ailəsinə satılıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı ABŞ Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Məlumata görə, vaxtilə dəyəri 300 milyon dollardan çox qiymətləndirilən yaxta 187 milyon dollara satılıb.
Türkiyə Qara dənizdə mülki gəmilərə hücumların qəbuledilməz olduğunu bildirir və bölgədə gərginliyin azaldılması, həmçinin gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib. “Dəfələrlə bəyan etmişik ki, Qara dənizdə təhlükəsizlik təhdid altındadır.
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib. O, müşavirədə nazirliyin strukturunda dəyişikliklər edib və bir sıra yüksək vəzifələrə yeni təyinatlar həyata keçirib. Primeinfo.az xəbər verir ki, müşavirənin əsas mövzusu Müdafiə Nazirliyinin idarəetmə strukturunun təkmilləşdirilməsi olub.
Rusiya Prezidenti Vladimir Putin xaricdə gizlənən cinayətkarlar və “xarici agent” kimi tanınan şəxslərlə bağlı məhdudiyyətləri nəzərdə tutan qanunlar paketini imzalayıb. Primeinfo.az xəbər verir ki, yeni qanunlara əsasən, həmin şəxslərin fərdi sahibkar və ya özünüməşğul şəxs kimi qeydiyyatdan keçməsi qadağan edilir. Bundan başqa, onların daşınmaz əmlakın kadastr qeydiyyatı üçün müraciətləri geri qaytarılacaq, sürücülük hüquqları məhdudlaşdırılacaq, nəqliyyat vasitələrini qeydiyyata almasına və etibarnamə əsasında əqdlər bağlamasına icazə verilməyəcək.
ABŞ Rusiyanın Müdafiə Nazirliyinin bir sıra strukturlarına, iki Rusiya şirkətinə və bir qrup Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Sanksiyalar Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsinə, Silahlı Qüvvələrin 1061-ci Maddi-Texniki Təminat Mərkəzinə, Müdafiə Nazirliyinin Perspektivlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsinə, eləcə də Rusiya Quru Qoşunlarına şamil edilib.
“Mən əminəm ki, Rusiyanın bu müharibədə dişləri sındırılıb.
OPEC+ ölkələri sentyabr ayından etibarən neft hasilatı kvotasını sutkada təxminən 188 min barel artırmağı planlaşdırır. Lakin bundan sonra hasilatın növbəti artımı ilin sonunadək dondurulacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi alyansdakı mənbələrinə istinadən məlumat yayıb.
Rusiyada dövlət ittihamçısı azərbaycanlı bloger Hüseyn Həsənovun çirkli pulların yuyulması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl cərimələnməsini istəyib. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, o, beynəlxalq axtarışda olduğu və ölkə xaricində gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir. İstintaqın iddiasına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib.