Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Rusiya

Lavrov: "Rusiyanın İranı silahlandırılması utancvericidir"

Lavrov: "Rusiyanın İranı silahlandırılması utancvericidir"

“Rusiya İranı silahla təmin etmir, bununla bağlı yayılan şayiələri eşitmək utancvericidir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlaması zamanı bildirib. Lavrov bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi nə ABŞ-nin, nə də İranın maraqlarına uyğundur: “Moskva da münaqişənin dayandırılmasının tərəfdarıdır”.

Rəsmi Moskva: "Rusiya bazarında yanacaq çatışmazlığı var"

Rəsmi Moskva: "Rusiya bazarında yanacaq çatışmazlığı var"

Rusiya bazarında yanacaq çatışmazlığı var. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur.

İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunanlar SAXLANILIB

İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunanlar SAXLANILIB

İtaliyada Rusiyanın xeyrinə casusluq fəaliyyətində ittiham olunan iki nəfər həbs edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Polisin məlumatına görə, saxlanılan şəxslər fəaliyyətdə olan hərbçilərdən əldə edilən məlumatlar da daxil olmaqla, məxfi informasiyanı Rusiya kəşfiyyatının əməkdaşına ötürüblər.

İsveç səfiri Rusiya XİN-ə çağırılıb

İsveç səfiri Rusiya XİN-ə çağırılıb

İsveç səfiri Sergey Belyayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, səfirə Stokholmun Vyana Konvensiyası çərçivəsində öhdəlikləri və əvvəllər üzərinə götürdüyü təminatlar xatırladılacaq.

Rusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb 

Rusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb 

Rusiya ordusu Ukraynada bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Xarkov vilayətində Şiykovka, Novıy Mir, Çerneşçina və Drujelyubovka yaşayış məntəqələri, həmçinin Donetsk vilayətində Vasilyevka kəndi Rusiyanın nəzarətinə keçib.