Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurduğunu açıqlayıb

08.07.2026 18:16

Ukrayna Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurduğunu açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyaya məxsus daha bir hərbi təyyarənin məhv edildiyini bildirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı açıqlamada bildirilib.

“Yaxşı xəbərimiz var. Bu gün daha bir Rusiya hava terrorçusunu sıradan çıxardıq”, – məlumatda qeyd olunub.

Hərbi Hava Qüvvələri vurulan təyyarənin modelini açıqlamayıb. Lakin ilkin, hələlik rəsmi təsdiqini tapmamış məlumata görə, söhbət Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançısından gedir.

Qeyd edək ki, iyulun 5-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın işğalı altında olan Krımdakı Qvardeyskoye hərbi aerodromuna zərbələr endirmişdi. Ukrayna tərəfinin məlumatına görə, həmin aerodrom Rusiya ordusu tərəfindən döyüş uçuşları, logistika və aviasiya texnikasının texniki xidmətinin təmin edilməsi üçün istifadə olunur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, 8 iyul tarixinədək Rusiya tammiqyaslı işğala başladığı vaxtdan bəri 436 təyyarə və 353 helikopter itirib.

Paylaş: