
ABŞ Rusiyanın Müdafiə Nazirliyinin bir sıra strukturlarına, iki Rusiya şirkətinə və bir qrup Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bundan başqa, iki Rusiya şirkəti və bir qrup Rusiya vətəndaşı da sanksiya siyahısına daxil edilib.
ABŞ Dövlət Departamentindən bildirilib ki, sanksiyalar həmin şəxslər və qurumların İran, Şimali Koreya və Suriya ilə bağlı Kütləvi Qırğın Silahlarının Yayılmamasına dair ABŞ qanunvericiliyi çərçivəsində məhdudlaşdırıcı tədbirlərin tətbiqini əsaslandıran fəaliyyətlə məşğul olmaları səbəbindən tətbiq edilib.