Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya "Krım ssenarisi"ni təkrarlaya bilər: İlginc xəbərdarlıq

28.06.2026 17:15

Rusiya "Krım ssenarisi"ni təkrarlaya bilər: İlginc xəbərdarlıq

Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rusiyanın NATO-nun şərq cinahında yeni təxribatlara əl ata biləcəyi barədə xəbərdarlıq edib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Polşa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Pavel Şota hesab edir ki, Moskva alyansın reaksiyasını yoxlamaq üçün Baltikyanı ölkələrdə yeni təxribat ssenarilərini işə sala bilər.

Şotanın sözlərinə görə, Rusiya 2014-cü ildə Krımın ilhaqı zamanı istifadə etdiyi “yaşıl adamlar” ssenarisini – yəni fərqləndirici nişanları olmayan silahlı şəxslərin meydana çıxmasını – Baltikyanı ölkələrdə də təkrarlaya bilər.

O bildirib ki, Moskva mütəmadi olaraq “qırmızı xətləri” keçir və NATO-nun buna yalnız məhdud siyasi reaksiya verəcəyinə ümid edir.

Məqalədə xatırladılır ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski də oxşar xəbərdarlıq etmişdi. O bəyan etmişdi ki, NATO müttəfiqləri Rusiyaya “saxta bayraq” əməliyyatları ilə bağlı mümkün planlardan xəbərdar olduqlarını açıq şəkildə göstərməli və alyans ərazisinin “hər qarışını” müdafiə etməyə hazır olduqlarını nümayiş etdirməlidirlər.

Paylaş: