Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə yola salınacaq. Primeinfo.az xəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqon buğda, 4 vaqon gübrə göndəriləcək.
Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, diplomatdan iddia edilən hava məkanının pozulması ilə bağlı izahat tələb edilib.
Rusiyanın Krasnoyarsk diyarında təyyarə sərt eniş edib, nəticədə iki nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. Məlumata görə, sərt eniş edən təyyarənin komandiri ağır vəziyyətdədir.
Rusiya hərbçiləri Ukraynanın hərbi obyektlərinə, aviasiya bazalarına və müdafiə-sənaye kompleksinin müəssisələrinə kütləvi zərbələr endirib.
Ümumilikdə ayrılan vəsaitin Rusiya tərəfindən Azərbaycan tərəfinə köçürülməsi yaxın zamanda planlaşdırılır.
Ukrayna kəşfiyyatı ABŞ və avropalı tərəfdaşlarından Rusiyanın “Oreşnik” raket sisteminin tətbiqi ilə yeni zərbəyə hazırlaşdığı barədə məlumatlar əldə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski yerli mediaya açıqlamasında bildirib. Ukrayna dövlət başçısının sözlərinə görə, hazırda bu məlumatlar yoxlanılır.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 23-nə keçən gecə Rusiyada bir sıra mühüm obyektlərə, xüsusilə Krasnodar diyarındakı “Şesxaris” neft terminalına zərbələr endirib. Primeinfo.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir. “2026-cı il mayın 23-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir sıra mühüm obyektlərə zərbələr endirib.
ABŞ Prezidenti Donald Tramp 5000 amerikalı hərbçinin Polşaya köçürüləcəyini elan edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Tramp özünün sosial şəbəkə hesabında “Mən böyük məmnuniyyətlə elan edirəm ki, ABŞ Polşaya əlavə 5000 hərbçi göndərəcək”, – deyə yazıb.
2026-cı ilin əvvəlindən bəri Rusiyanın cəbhədəki itkiləri artıq 145 min nəfəri keçib. Xüsusilə, təxminən 86 min rus hərbçisi həlak olub, azı 59 min əsgər ağır yaralanıb və 800-dən çox hərbi qulluqçu əsir götürülüb. Modern.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Facebook” səhifəsində yazıb.
Moskvada isti hava dalğası 129 illik rekordu qırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Hidrometeorologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, Moskvada havanın temperaturu müsbət 30 dərəcəyə çatıb.