
Rusiya hərbçiləri Ukraynanın hərbi obyektlərinə, aviasiya bazalarına və müdafiə-sənaye kompleksinin müəssisələrinə kütləvi zərbələr endirib.
Primeinfo.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir.
Nazirlik qeyd edib ki, bu addım “Ukraynanın Rusiya ərazisindəki mülki obyektlərə qarşı hücumlarına cavab olaraq” atılıb.
“Ukrayna ərazisinə “Oreşnik” ballistik raketləri, “İskəndər” aeroballistik raketləri, “Kinjal” (Kinzhal) hipersəs aeroballistik raketləri və “Zirkon” qanadlı raketləri ilə kütləvi zərbələr endirilib”, – rəsmi açıqlamada vdeyilir.
Həmçinin hücum zamanı hava, dəniz və quru bazalı qanadlı raketlərdən, eləcə də zərbə pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunduğu bildirilir.
Müdafiə Nazirliyi əlavə edib ki, “zərbənin məqsədlərinə nail olunub və müəyyən edilmiş bütün obyektlər vurulub”.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə daha əvvəl verdiyi açıqlamada zərbənin Kiyevə endirildiyini bəyan edib və Ukrayna ərazisinə daha güclü zərbələr endirilməsinə çağırıb.