Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: rusiya

Qara dənizdə daha bir tanker zərbə alıb: 20 nəfər təxliyə edilib

Qara dənizdə “VİRAT” adlı tanker zərbə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.

Tarixçi-alim: "Bölgəni parçalayan İran və Rusiyadır" - VİDEO

“Ermənilərlə türklər arasında düşmənçilik münasibətlərinin tarixi imperiyaların bölgəyə daxil olduğu dövrlərdən başlayır. Ona qədər bu cür qarşıdurma mövcud olmayıb”. Primeinfo.az xəbər verir ki, bunu tarixçi-alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib.

Rusiyanın 9 regionuna PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 136 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rostovda 46, Saratovda 30, Krımda 29, Qara dəniz suları üzərində 12, Bryanskda 6, Volqoqradda 5, Voronej, Azov dənizi üzərində və Moskvada 2, Kursk və Kaluqada isə 1 PUA zərərsizləşdirilib.

Ukrayna Rusiyaya 14 mülki şəxsi təhvil verdi -  FOTO

Ukrayna birtərəfli qaydada Rusiyaya 14 mülki şəxsi təhvil verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Yaşamaq istəyirəm” layihəsinin mətbuat xidməti teleqram kanalında bildirib. Məlumata görə, sabah daha bir qrup Rusiya vətəndaşı qaytarılacaq və bu təcrübə davam edəcək.

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə (XİN) gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. O.Ozerov, XİN-ə Moldovanın hava məkanı üzrərindən bir neçə pilotsuz uçuş aparatının (PUA) uçuşu ilə bağlı yayılan məlumatlardan sonra izahat vermək üçün dəvət edilib.

Şahin Mustafayev Aleksandr Novak ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya Federasiyası hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb. Nazirlər Kabinetindən Primeinfo.az-a bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb. Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.

Putin hərbçiləri türk dilində salamladı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda səfərdədir. Primeinfo.az xəbər verir ki, o, rəsmi qarşılanma mərasimində hərbçiləri Qırğız dilində salamlayıb. Qeyd edək ki, Qırğızıstanda KTMT liderlərinin sammiti keçirilir.