Rusiya Prezidenti Vladimir Putin baş prokurorun müavini Gennadi Lopatini vəzifəsindən azad edib. Primeiinfo.az xəbər verir ki, müvafiq fərman noyabrın 25-də rəsmi hüquqi informasiya saytında dərc olunub. “Gennadi Borisoviç Lopatin Rusiya Federasiyası Baş prokurorunun müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.
“Ukrayna münaqişəsinin həlli üçün qalan məsələlərlə bağlı Moskva, Kiyev və Vaşinqton arasında danışıqlara ehtiyac var”. Primeinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt sosial şəbəkə hesabında yazıb. O bildirib ki, son bir həftə ərzində ABŞ həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masasına gətirərək sülh istiqamətində ciddi irəliləyiş əldə edib: “Bir neçə incə məsələ qalır.
Finlandiya Rusiya sərhədi boyunca “qeyri-qanuni keçidlərin qarşısını almaq” və “hibrid təhdidləri” minimuma endirmək məqsədi ilə sədd tikir. Primeinfo.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb. Məlumata görə, səddin hər bir seqmentdə polad tor, patrul üçün yol, boş zonalar və texniki nəzarət sistemi qurulur.
Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyaya hücum edib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhərində təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavod, Nоvоrossiyskdəki “Şeskharis” neft terminalı, Tuapse neft emalı zavodu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqar vurulub.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 249 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qara dəniz suları üzərində 116, Krasnodarda 76, Krımda 23, Rostovda 16, Bryanskda 7, Kurskda və Azov dənizi üzərində 4, Belqorodda 2, Lipetskdə isə 1 PUA zərərsizləşdirilib.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Qara dəniz üzərində 36, Krımda 10, Bryanskda 9, Voronejdə 7, Krasnodarda 4, Smolenskdə 3, Moskva və Belqorodda 2, Kaluqa və Ryazanda isə 1 PUA zərərsizləşdirilib.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, söhbət zamanı 14 noyabrda Azərbaycan tərəfindən Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı daxil olan müraciətin səlahiyyətli Rusiya qurumları tərəfindən diqqətlə araşdırılıldığı qeyd olunub.
Bəzi Kütləvi İnformasiya Vasitələri ABŞ-ın Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı planının bütün bəndlərini yayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan açıqlamada deyilir: “Rusiya xarici işlər naziri Sergey Lavrov İranın XİN rəhbəri Abbas Araqçı ilə telefon danışığı aparıb. Söhbətin əsas mövzusu regional təhlükəsizlik məsələlərinin müzakirəsi olub”, – məlumatda vurğulanıb.
Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov noyabrın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və ona Moldova ərazisi üzərində pilotsuz təyyarənin uçuşu ilə bağlı etiraz notası təqdim olunub. Primeinfo.az xəbər verir ki, Ozerov bildirib ki, Moldova rəsmiləri dronun Rusiya istehsalı olduğuna dair heç bir sübut təqdim etməyiblər. Diplomat Rusiyanın pilotsuz təyyarənin uçuşunda iştirakını təkzib edib.